Azərbaycan millisinin üzvü Avropa çempionu adını qazandı
Azərbaycanın sərbəst güləş üzrə milli komandası Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında ilk qızıl medalını qazanıb.
"Mediasport" xəbər verir ki, bu uğura yığmamızın üzvü İslam Bazarqanov nail olub.
57 kq çəki dərəcəsində yarışan təmsilçimiz finalda neytral statusda güləşən rusiyalı Musa Mehdixanovu məğlub edib - 8:6.
65 kq çəki dərəcəsində mübarizə aparan Rəşid Babazadə isə bürünc medal görüşündə ermənistanlı Vazgen Tevanyana uduzaraq (0:7) 5-ci yeri tutub.
Bir qədər sonra Cəbrayıl Hacıyev (79 kq) Şimali Makedoniyanı təmsil edən rusiyalı Rəsul Şapiyevlə bürünc mükafat üçün mübarizə aparacaq.
Xatırladaq ki, sabah Azərbaycanın 4 sərbəst güləşçisi - Turan Bayramov (74 kq), Arseni Cioyev (86 kq), Ali Tsokayev (92 kq) və Giorgi Meşvildişvili (125 kq) finalda, Nürəddin Novruzov (61 kq) isə üçüncülük uğrunda güləşəcək.
