Azərbaycanlı komitə sədri Albaniyada ən yaxşı hakim seçildi

 Azərbaycanlı komitə sədri Albaniyada ən yaxşı hakim seçildi

Azərbaycan Güləş Federasiyasının hakimi Asif Şirəliyev fevralın 25-dən martın 1-dək Albaniyanın paytaxtı Tiranada keçirilən "Muhamet Malo" turnirinin ən yaxşı referisi adına layiq görülüb.

"Mediasport" xəbər verir ki, I-S kateqoriyalı ədalət təmsilçisi reytinq turnirində yüksək səviyyəli performans nümayiş etdirdiyi yerli federasiya tərəfindən seçilib.

Albaniya Güləş Federasiyasının prezidenti Sahit Prizreni həmyerlimizə turnirin ən yaxşı hakimi üçün nəzərdə tutulmuş xüsusi mükafatı təqdim edib.

Xatırladaq ki, Asif Şirəliyev həm də AGF-nin Hakimlər Komitəsinin sədridir.