Avropa çempionatı başlanır: 27 güləşçimiz mübarizə aparacaq

Martın 8-də Albaniyada güləş üzrə U-23 Avropa çempionatı start götürəcək.
"Mediasport" xəbər verir ki, Tirananın “Feti Borova” idman zalında təşkil ediləcək qitə birinciliyi martın 14-dək keçiriləcək.
Yarışda Azərbaycan hər üç növdə təmsil olunacaq.
AÇ sərbəst güləşçilərin mübarizəsi ilə başlanacaq. Böyük məşqçi Cəbrayıl Həsənov, məşqçilər Taymuraz Kokoyev və Şərif Şərifovun rəhbərliyi altında 57 kq Rəhman İmanov, 61 kq Ceyhun Allahverdiyev, 65 kq Murad Haqverdiyev, 70 kq Kənan Heybətov, 74 kq Ağanəzər Novruzov, 79 kq Fərid Cabbarov, 86 kq Arseniy Djioyev, 92 kq Sadiq Mustafazadə, 97 kq Abdulcəlil Şabanov və 125 kq Yusif Dursunov yarışacaq.
Ardınca meydan qadın güləşçilərə veriləcək. Yığmamızın heyətində baş məşqçi əvəzi Toğrul Əsgərov, böyük məşqçi Ağahüseyn Mustafayev və məşqçi Solmaz Adilovanın rəhbərliyi altında 50 kq Əsmər Cankurtaran, 53 kq Elnurə Məmmədova, 55 kq Nərgiz Səmədova, 57 kq Gültəkin Şirinova, 59 kq Günay Qurbanova, 62 kq Birgül Soltanova və 65 kq Ruzanna Məmmədova mübarizə aparacaqlar.
Çempionatın son günlərində yunan-Roma güləşində isə komandamız baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov və məşqçi Elvin Mürsəliyevin rəhbərliyi ilə 55 kq Elmir Əliyev, 60 kq Hüseyn Qəribov, 63 kq Ziya Babaşov, 67 kq Fərid Xəlilov, 72 kq Ruslan Nurullayev, 77 kq Xasay Həsənli, 82 kq Elmin Əliyev, 87 kq Cocu Səmədov, 97 kq Aqil Musayev və 130 kq-da Ayxan Mərdanovla medal qazanmağa çalışacaq.
Avropa çempionatında I dərəcəli beynəlxalq hakimlər Bəşir İsazadə və Həbib Nurulu ədaləti qoruyacaqlar.