Bu gün 5 güləşçimiz dünya çempionatında mübarizə aparacaq
Bakıda güləş üzrə U-17 dünya çempionatı davam edir.
"Mediasport" xəbər verir ki, dördüncü yarış günündə Azərbaycanın daha 5 qadın güləşçisi mübarizə aparacaq.
Fatimə Bayramova (53 kq), Fidan Babayeva (61 kq), Simurə Abdullayeva (69 kq), Gülxanım Şirinova (40 kq) və Nuray Cəfərli (46 kq) tatami üzərinə çıxacaq.
Xatırladaq ki, ötən gün yarışa qoşulan 4 qadın idmançımız ümidləri doğrultmayıb.
Avqustun 2-dək keçiriləcək mundialda Azərbaycan ümumilikdə 29 güləşçi ilə təmsil olunacaq.


