Bakıda usta bir neçə şəxsin pulunu alaraq mərc oyunlarında uduzdu

Bakıda usta bir neçə şəxsin pulunu alaraq mərc oyunlarında uduzdu

Bakıda qeyri-adi dələduzluq hadisəsi baş verib.

"Mediasport" xəbər verir ki, 41 yaşlı usta məişət avadanlıqlarını ucuz qiymətə satacağı vədi ilə üç nəfəri aldadaraq 10 min manat pulu ələ keçirib.

Aslan Məmmədov bir neçə şəxsə ucuz qiymətə məişət texnikası satmaq adı ilə pullarını alaraq yoxa çıxıb.

Zərərçəkənlərin polisə müraciətindən sonra dələduzluq edən şəxs həbs olunub.

Məhkəmədə ifadə verən Aslan Məmmədov mərc oyunlarına aludəçiliyi səbəbindən cinayət törətdiyini deyib. O, bütün pulları "Beşiktaş"ın oyununa qoyduğunu, hamısını uduzduğunu bildirib.

Məhkəmə istintaqı dövründə təqsirləndirilən şəxsin ailə üzvləri zərərçəkmişlərə dəymiş maddi ziyanı, həmçinin dövlət rüsumunu tam ödəyib.

Hökmə əsasən, Aslan Məmmədovun cinayət işinə xitam verilib, məhkəmə zalından azadlığa buraxılıb.