Boris Xetaqurovun "50 il futbolda" kitabının təqdimatı keçirildi
Azərbaycanın əməkdar həkimi Boris Xetaqurovun "50 il futbolda" kitabının təqdimatı keçirilib.
"Mediasport" xəbər verir ki, Azərbaycan İdman Akademiyasında baş tutan təqdimat mərasimində gənclər və idman naziri Fərid Qayıbov, veteran futbolçular və digər qonaqlar iştirak ediblər.
Əvvəlcə Boris Xetaqurovun 50 illik karyerası haqqında məlumat verilib və videoçarx təqdim olunub.
Sonra Fərid Qayıbov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Zemfira Meftahətdinova, Futbol Veteranları İttifaqının sədri Oqtay Abdullayev, veteran futbolçu Nazim Süleymanov Boris Xetaqurov haqda danışıblar.
Qeyd edək ki, Boris Xetaqurov uzun illər "Neftçi" və Azərbaycan milli komandasının həkimi olub.
