Azərbaycan cüdoçuları Avstriyada Qran-pridə mübarizə aparacaq

Azərbaycan cüdoçuları Avstriyada Qran-pridə mübarizə aparacaq

Azərbaycan millisi Beynəlxalq Cüdo Federasiyasının təqviminə əsasən martın 6-dan 8-dək Avstriyanın Linz şəhərində keçiriləcək Qran-pri yarışında iştirak edəcək.

"Mediasport" xəbər verir ki, ölkəmiz turnirdə 7 idmançı ilə təmsil olunacaq.

Komanda kişilərdən ibarət yığmanın böyük məşqçiləri – Elxan Məmmədov və Slavko Tekiçin rəhbərliyi altında 4 çəki dərəcəsində mübarizə aparacaq.

Turnirdə Murad Muradlı (60 kq), Ruslan Paşayev, İslam Rəhimov (hər ikisi 66 kq), Ömər Rəcəbli, Vüsal Qələndərzadə (hər ikisi 81 kq), Camal Qamzatxanov və Uşanqi Kokauri (hər ikisi +100 kq) gücünü sınayacaq.

Dünya Cüdo Turuna daxil edilən Qran-pridə 62 ölkədən 509 cüdoçu yarışacaq.