Azərbaycanın üç cüdoçusu dünya çempionatında 1/8 finala yüksəldi
Azərbaycanın üç cüdoçusu Bakıda keçirilən dünya çempionatında mərhələ adlayıb.
"Mediasport" xəbər verir ki, Vüsal Qələndərzadə, Zelim Tçkayev və Ömər Rəcəbli (hamısı 81 kq) 1/8 finala yüksəlib.
Qələndərzadə iki görüşünü, Tçkayevlə Rəcəbli isə bir görüşünü qalib başa vurub.
Xatırladaq ki, Milli Gimnastika Arenasında təşkil olunan yarış oktyabrın 11-də yekunlaşacaq.
Azərbaycan komandasından hələlik Əhməd Yusifov (60 kq) dünya çempionu olub, Rəşid Məmmədəliyev (73 kq) bürünc medal qazanıb.

