Dünya çempionatı: Daha 4 cüdoçumuz mübarizəyə qoşulur

Dünya çempionatı: Daha 4 cüdoçumuz mübarizəyə qoşulur

Bakıda cüdo üzrə dünya çempionatı davam edir.

"Mediasport" xəbər verir ki, ikinci yarış günündə Azərbaycanın 4 cüdoçusu mübarizəyə qoşulacaq.

Milli Gimnastika Arenasında təmsilçilərimizdən Gültac Məmmədəliyeva (52 kq), Turan Bayramov, Nizami İmranov və Ruslan Paşayev (hamısı 66 kq) tatamiyə çıxacaqlar.

Xatırladaq ki, DÇ-nin ilk günündə Əhməd Yusifov (60 kq) dünya çempionu olub.

Dünya birinciliyi oktyabrın 11-də başa çatacaq.