Azərbaycanın 10 cüdoçusu BƏƏ-də yarışacaq - "Böyük Dəbilqə" turniri
Azərbaycan cüdoçuları Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Əbu Dabidə keçiriləcək “Böyük Dəbilqə” turnirində iştirak edəcəklər.
"Mediasport" xəbər verir ki, noyabrın 28-30-da təşkil olunacaq yarışda komandamızın 5 çəki dərəcəsində 10 üzvü mübarizə aparacaq.
Millimiz səfərə böyük məşqçilər Elçin İsmayılov və Slavko Tekiçin başçılığı altında yollanacaq.
Üç gün davam edəcək turnirdə 53 ölkədən 390 idmançı (233 kişi, 157 qadın) yarışacaq.
Yarışda Azərbaycan Cüdo Federasiyasının “A” kateqoriyalı beynəlxalq dərəcəli hakimi Nazim Umbayev ədalət təmsilçiləri arasında yer alacaq
Kişilər
60 kq
Əhməd Yusifov
Balabəy Ağayev
66 kq
Ruslan Paşayev
Rəşad Yelkiyev
73 kq
Rəşid Məmmədəliyev
Hidayət Heydərov
90 kq
Murad Fətiyev
Aslan Kotsoyev
+100 kq
Camal Qamzatxanov
Uşanqi Kokauri
