Orxan Hüseynzadə "Qalatasaray"ın Avroliqa oyununa təyinat aldı

AFFA rəsmisi Orxan Hüseynzadə UEFA-dan yeni təyinat alıb.
"Mediasport" xəbər verir ki, o, UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab görüşü çərçivəsində keçiriləcək “Qalatasaray” (Türkiyə) - AZ (Niderland) matçında UEFA nümayəndəsi olacaq.
Fevralın 20-də baş tutacaq qarşılaşma İstanbul klubunun “Ali Sami Yen” stadionunda reallaşacaq.