Elçin Məsiyev Avropa Liqasında "Dinamo"nun oyununa təyinat aldı

Elçin Məsiyev Avropa Liqasında "Dinamo"nun oyununa təyinat aldı

FİFA referisi Elçin Məsiyev UEFA-dan növbəti dəfə təyinat alıb.

"Mediasport" xəbər verir ki, ədalət təmsilçisi bu həftə Avropa Liqasında iş başında olacaq.

O, Liqa mərhələsinin sonuncu tuur çərçivəsində Danimarkada keçiriləcək "Midtyulland" - "Dinamo" (Zaqreb, Xorvatiya) görüşünü idarə edəcək.

Məsiyevə yan xətdə Elşad Abdullayev və Pərvin Talıbov kömək göstərəcəklər.

Dördüncü hakim funksiyasını Kamal Umudlu yerinə yetirəcək.

Yanvarın 29-dan 30-na keçən gecə reallaşacaq qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.