Fransa yığmasında Deşamın baş məşqçilik dövrü başa çatdı
2012-ci ildən Fransa milli komandasına rəhbərlik edən Didye Deşamın yığmada dövrü başa çatıb.
"Mediasport" xəbər verir ki, Fransa Futbol Assosiasiyası müqaviləsi başa çatan mütəxəssislə vidalaşıb.
Deşamı digər əfsanəvi fransalı Zinəddin Zidanın əvəz edəcəyi gözlənilir.
Xatırladaq ki, "xoruzlar" Deşamın rəhbərliyi altında keçirdiyi 182 oyunun 119-da qələbə qazanıblar.
Komanda geridə qalan 14 ildə dünya çempionu (2018), dünya ikincisi (2022) və UEFA Millətlər Liqasının qalibi olub (2021).


