Fiqu Ronaldu haqda: "Onun bu ölkə üçün etdiklərini unudurlar"
"Milli komandada bəzi futbolçuların Kriştianu Ronaldunu istəmədiyi aşkar hiss edilir. Düşünürlər ki, Ronaldu onlara yuxarıdan aşağı baxır".
"Mediasport" xəbər verir ki, bu sözləri Portuqaliya futbolunun əfsanələrindən Luiş Fiqu deyib.
Veteran yarımmüdafiəçi yığmada xaos olduğunu açıqlayıb. O, komandanın bəzi üzvlərini sərt tənqid edib:
"Onlar Ronaldunun bu ölkə üçün hər şeyi etdiyini unudurlar. Ronaldo gənc olduğu zaman qol vurmaq üçün başqasına ehtiyacı olmurdu.
Oyunları təkbaşına qazanırdı. Milli komandanı illər boyu çiyinlərində tək daşıyıb.
Ronaldu Portuqaliyanın özüdür. Hörməti və əfsanələrə yaraşan tərzdə vidanı haqq edir.
O, yığmaya yeni dəvət alanda bütün veteranların hörmətini saxlayırdı. İndi isə əlimizdə heç bir nailiyyəti olmayan, uğur qazanmamış, özündənrazı, kinli uşaqlar var".
Qeyd edək ki, Luiş Fiqu 1991-2006-cı illərdə millidə 127 oyun keçirib.


