DÇ-2026-ya lisenziya qazanan ölkələrin sayı 30-a çatdı - SİYAHI

DÇ-2026-ya lisenziya qazanan ölkələrin sayı 30-a çatdı - SİYAHI

Daha 1 milli komanda 2026-cı ildə keçiriləcək dünya çempionatına vəsiqə qazanıb.

"Mediasport" xəbər verir ki, Avropa zonasından Xorvatiya ilk dəfə 3 ölkənin təşkilatçılığı və 48 yığmanın iştirakı ilə təşkil olunacaq mundialın əsas mərhələsində iştirak hüququ əldə edib.

Bununla da mundiala yollanacaq ölkələrdən 30-nun adı rəsmiləşib.

Xatırladaq ki, daha əvvəl ev sahibləri (Meksika, ABŞ, Kanada), İngiltərə, Fransa, Braziliya, Argentina, Ekvador, Kolumbiya, Uruqvay, Paraqvay, Mərakeş, Yaponiya, İran, Cənubi Koreya, İordaniya, Avstraliya, Özbəkistan, Yeni Zelandiya, Mərakeş, Tunis, Misir, Əlcəzair, Fildişi Sahili, Cənubi Afrika, Qana və Kabo Verde DÇ-2026-ya yüksəlib.

Turnir gələn il 11 iyun – 19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada təşkil olunacaq.