DÇ-2026-da seçmə mərhələ: Bu axşam daha 6 oyun keçiriləcək

DÇ-2026-da seçmə mərhələ: Bu axşam daha 6 oyun keçiriləcək

2026-cı ildə ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi ilə keçiriləcək mfutbol üzrə dünya çempionatının seçmə mərhələ oyunları davam edir.

"Mediasport" xəbər verir ki, bu gün Avropa zonasında daha 3 qrupda 6 görüş baş tutacaq.

Azərbaycanlı FİFA referisi Əliyar Ağayevin başçılıq etdiyi hakimlər birqadası Serbiya millisinin qarşılaşmasında iş başında olacaq.

Bütün matçlar Bakı vaxtilə eyni saatda (22:45) başlanacaq.


DÇ-2026. Avropa zonası. Seçmə qrup mərhələsi


K qrupu

22:45. Serbiya - Andorra

22:45. Latviya - Albaniya

Xal durumu:

İngiltərə - 9

Albaniya - 4

Latviya - 3

Serbiya - 1

Andorra - 0


H qrupu

22:45. Rumıniya - Kipr

22:45. San Marino - Avstriya

Xal durumu:

Bosniya və Herseqovina - 9

Rumıniya - 3

Kipr - 3

Avstriya - 3

San Marino - 0


G qrupu

22:45. Finlandiya - Polşa

22:45. Niderland - Malta

Xal durumu:

Polşa - 6

Finlandiya - 4

Niderland - 3

Litva - 2

Malta - 1