"Arsenal"dan 40 milyonluq transfer

 "Arsenal"dan 40 milyonluq transfer

Son İngiltərə çempionu "Arsenal" heyətini gücləndirməkdə davam edir.

"Mediasport" xəbər verir ki, London təmsilçisi Xristos Tsolisin keçidini rəsmiləşdirib.

Yunanıstan millisinin 24 yaşlı vingeri ilə 5 illik müqavilə bağlanıb.

"Topçular" transferə görə Belçikanın "Brügge" klubuna 40 milyon avro təzminat ödəyiblər.