Ponomaryovun 65 yaşı tamam olur

 Ponomaryovun 65 yaşı tamam olur

Bu gün Azərbaycanın veteran futbolçusu İqor Ponomaryov yubileyini qeyd edir.

"Mediasport" xəbər verir ki, 1988-ci ilin Olimpiya çempionunun 65 yaşı tamam olur.

AFFA rəhbərliyi bu münasibətlə Ponomaryovu təbrik edib, ona xatirə hədiyyəsi təqdim olunub.

İqor Ponomaryov futbolçu karyerası ərzində SSRİ yığmasının heyətində gənclər arasında dünya çempionatının gümüş (1979), Avropa çempionatının qızıl (1980), medallarını qazanıb.

1988-ci ildə SSRİ yığmasının heyətində Seulda Olimpiya çempionu olan Ponomaryov buna nail olmuş yeganə azərbaycanlı futbolçudur.

O, ardıcıl 24 penalti zərbəsini dəqiq yerinə yetirərək, SSRİ çempionatında rekord göstəriciyə imza atıb. SSRİ çempionatında “Neftçi” və ÇSKA (Moskva, Rusiya) komandalarında çıxış etmiş İqor Ponomaryov yüksək liqanın 100 ən yaxşı bombardiri siyahısına daxil olub.

Ponomaryov 2020-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən ölkədə idmanın inkişafında xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif edilib.