"Qarabağ"ın futbolçusu Allahverdi Bağırovun məzarını ziyarət etdi

“Qarabağ”ın futbolçusu Toral Bayramov işğaldan azad olunmuş Ağdama səfər edib.
"Mediasport" xəbər verir ki,o, Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırovun məzarını ziyarət edib.
Toral "Qarabağ"ın futbolçusu və baş məşqçisi olmuş şəhidin qəbir üstündə çəkdirdiyi fotonu sosial şəbəkə hesabında paylaşaraq “Ruhun şad olsun, kapitan” sözlərini yazıb.