“Neftçi” - “Araz-Naxçıvan” matçının biletləri satışa çıxarıldı

Oktyabrın 19-da Azərbaycan Premyer Liqasının 8-ci turu çərçivəsində keçiriləcək “Neftçi” - “Araz-Naxçıvan” matçının biletləri satışa çıxarılıb.
"Mediasport" xəbər verir ki, biletlərin minimal qiyməti 2 manat (“Şərq 1”, “Şərq 2”, “Forza”, “Qərb 2” sektorları) təşkil edir.
3 (“Cənub üst”, “Şimal 1”, “Şimal 2” sektoru), 5 (“Cənub alt” sektorları), 15 (“VIP Silver” sektoru) və 20 (“VIP Gold” sektoru) AZN-ə satılan biletləri “Neftçi”nin mobil tətbiqindən və https://bilet.neftchi.az saytından onlayn şəkildə əldə etmək olar.
Stadionun kassasında isə biletlər oyun günü saat 11:00-dan etibarən satışda olacaq.
“Palms Sports Arena”da baş tutacaq duel saat 18:30-da başlanacaq.