"Nyukasl" azarkeşlərindən Bakıda həmyerlilərinə qarşı hörmətsizlik

"Nyukasl" azarkeşlərindən Bakıda həmyerlilərinə qarşı hörmətsizlik

UEFA Çempionlar Liqasında pley-off mərhələsinin "Qarabağ"la ilk oyunu üçün Bakıya səfər edən İngiltərənin “Nyukasl” klubunun azarkeşləri hörmətsiz davranış nümayiş etdiriblər.

"Mediasport" xəbər verir ki, britaniyalı fanatlar paytaxtda "Çelsi" klubuna qarşı sayğısız hərəkət ediblər.

Bir qrup ingilis azarkeş Bakıda “pub”ların birində divardan asılan London klubunun bayrağını çıxararaq kənara tullayıb.

Sosial mediada yayılan görüntülər haqlı olaraq ciddi narazılıq yaradıb. Onların spirtli içkidən sərxoş olduqları bildirilir.

Xatırladaq ki, "Qarabağ" - "Nyukasl" matçı bu axşam saat 21:45-də start götürəcək.