"Hər gün oyun keçirmək çətindir, tam bərpa mümkün olmur"

“Dünən keçirdiyimiz ilk oyunda güclü Rusiya millisi ilə qarşılaşdıq. Uşaqlar tapşırıqlarımızı yerinə yetirməyə çalışırdılar. Turnirdə birinci görüş olduğundan, futbolçularda start həyəcanı var idi".
Mediasport.com.az xəbər verir ki, bu sözləri Azərbaycanın U-17 milli komandasının baş məşqçisi İlham Yadullayev deyib.
Mütəxəssis Belarusun paytaxtı Minskdə keçirilən İnkişaf Kubokunda İran yığması ilə matçı şərh edib:
"Dünənki oyunda yaxşı nəticə üçün hücuma atıldıq, qapımızda qollar gördük. Komandanı qısa müddətdə bugünkü oyuna toparlaya bildik. Hər gün oyun keçirmək çətindir. Tam bərpa olunmaq mümkün olmur.
Yeni heyət qururuq, yeni futbolçulara baxırıq. İranla matçda komandamız istədiyimizi ortaya qoya bildi. Bu da nəticədə öz əksini tapdı. Bizə qələbə sevinci yaşatdıqları üçün futbolçulara təşəkkür edirəm”.
Qeyd edək ki, dünən Rusiyaya 0:3 hesabı ilə uduzan millimiz bu gün İrana 1:0 hesabı ilə qalib gəlib.