Millimiz Banqladeş və Malayziya yığmaları ilə üz-üzə gələcək
Qadın futbolçulardan ibarət Azərbaycan millisi noyabrın 24-dən dekabrın 3-dək Banqladeşdə təlim-məşq toplanışında olacaq.
AFFA-dan "Mediasport"a verilən məlumata görə, yığmamız Dəkkə şəhərində "FIFA Tri Nations Women's Football Series 2025" turnirində iştirak edəcək.
Komandamız burada noyabrın 29-da Malayziya, dekabrın 2-də isə Banqladeş yığması ilə qarşılaşacaq.
Oyunların başlanma vaxtı və hakim təyinatları barədə məlumat veriləcək.
