Millimiz Avropa çempionatında növbəti dəfə darmadağın edildi
17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycanın millisi Avropa çempionatının seçmə mərhələsində ikinci görüşünü keçirib.
"Mediasport" xəbər verir ki, Nərgiz Qurbanovanın baş məşqçisi olduğu kollektiv bu dəfə də darmadağın edilib.
Yığmamız B Liqasının I qrupunda Kosovoya 0:6 hesabı ilə uduzub.
Qeyd edək ki, U-17 qrupun ilk qarşılaşmasında Uelsə 0:7 hesabı ilə uduzmuşdu.
Millinin son matçı oktyabrın 30-da meydan sahibi Moldovaya qarşı olacaq.
