Yığmamızın Avropa çempionatı üçün heyəti açıqlandı - SİYAHI

17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının Avropa çempionatının seçmə mərhələsi üçün heyəti müəyyənləşib.
"Mediasport" xəbər verir ki, yığmamız bu gündən 21-dək Bakıda təlim-məşq toplanışında olacaq.
Kollektiv oktyabrın 22-də Avropa çempionatının seçmə mərhələsinin oyunları üçün Moldovanın paytaxtı Kişinyova yollanacaq.
B Liqasının I qrupunda yer alan komanda ilk görüşünü oktyabrın 24-də Uels yığmasına qarşı keçirəcək.
Nərgiz Qurbanovanın baş məşqçisi olduğu kollektiv oktyabrın 27-də Kosovo ilə münasibətlərə aydınlıq gətirəcək. Komanda qrupda sonuncu görüşünü oktyabrın 30-da Moldovaya qarşı keçirəcək.
Qeyd edək ki, qrupun bütün oyunları Moldovada keçiriləcək. Qarşılaşmaları Litvadan olan hakimlər idarə edəcək.
Nr. | Ad / Soyad | Klub |
1 | Aydan Abdullayeva | Sabah |
2 | İradə Əsədli | Şəfa |
3 | Aylin Quluzadə | Təhsil 8 İOEUGİM |
4 | Məryəm Səmədli | Sabah |
5 | Aysu Əsədova | Sabah |
6 | Aylin Kərimova | Sabah |
7 | Ayan Abdiyeva | Liman |
8 | Şəhanə Mirzəliyeva | Liman |
9 | Suel Polikarpova | Neftçi |
10 | Sara Səlimova | Neftçi |
11 | Naidə Məmmədova | Dirçəliş |
12 | Xədicə Rəhimova | Neftçi |
13 | Mehri Məmmədzadə | Baku Juniors |
14 | Fatimə Kərimli | Sabah |
15 | Tərgül Qəniyeva | Sabah |
16 | Yasmin Bəbirova | Təhsil 8 İOEUGİM |
17 | Zəhra İsmayılova | Şəfa |
18 | Aylin Azadova | Sabah |