Yığmamızın vacib Millətlər Liqası matçının başlanma vaxtı açıqlandı

UEFA Millətlər Liqasının C4 qrupunda liderlik uğrunda yarışan Azərbaycan yığmasının Litva futbolçuları ilə oyununun başlama saatı və yeri müəyyənləşib.
"Mediasport" xəbər verir ki, qrup mərhələsinin 4-cü tur matçı mayın 30-da Bakıdakı “Dalğa Arena”da keçiriləcək.
Oyun saat 18:00-da başlanacaq.
Qrupun qalibi B divizionuna yüksələcək.
Millimizlə yanaşı, eyni xala (5 xal) malik Monteneqro futbolçuları da qrup birincisi olmağa iddialıdırlar.