"Neftçi" Çempionlar Liqasında PAOK-a məğlub oldu

"Neftçi" Çempionlar Liqasında PAOK-a məğlub oldu

Qadın futbolçulardan ibarət “Neftçi” klubu UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində final oyununa çıxıb.

"Mediasport" xəbər verir ki, Siyasət Əsgərovun yetirmələri 1-ci qrupun həlledici görüşündə Yunanıstanın PAOK komandası ilə üz-üzə gəliblər.

Yarımfinalda Monteneqronun “Buduçnost” kollektivini üstələyən “Neftçi” ilə “Hapoel”ə (Yerusalim, İsrail) qalib gələn PAOK-un dueli yunanların qələbəsi ilə yekunlaşıb.


UEFA Çempionlar Liqası. 1-ci qrup. Final


PAOK (Yunanıstan) - “Neftçi” (Azərbaycan) 3:0

Baş hakim: Oksana Kruk (Moldova)

Baş hakimin köməkçiləri: Valentina Zop (Moldova), Luis Akosta (Andorra)

Dördüncü hakim: Marta San Xuan (Andorra)

Veria Munisipal Stadionu