"Neftçi" ardıcıl 3-cü dəfə Azərbaycan çempionu adını qazandı

"Neftçi" ardıcıl 3-cü dəfə Azərbaycan çempionu adını qazandı

Yüksək Qızlar Liqasında 2025/2026-cı illər mövsümünün qalibi müəyyənləşib.

"Mediasport" xəbər verir ki, "Neftçi" ardıcıl üçüncü dəfə Azərbaycan çempionu adını qazanıb.

Baş məşqçi Siyasət Əsgərovun yetirmələri qızıl medalları sona 2 tur qalmış “Sumqayıt” üzərində 6:0 hesablı səfər qələbəsi ilə rəsmiləşdirib.

Bununla da “ağ-qaralar” növbəti dəfə qadınlar arasında keçirilən UEFA Çempionlar Liqasında iştirak etmək hüququ əldə edib.