Millimiz Avropa çempionatında yenə darmadağın ediləcək?

 Millimiz Avropa çempionatında yenə darmadağın ediləcək?

17 yaşadək qız futbolçulardan ibarət Azərbaycan millisi bu gün Avropa çempionatının seçmə mərhələsində sonuncu oyununa çıxacaq.

"Mediasport" xəbər verir ki, B Liqasının I qrupunda yer alan Nərgiz Qurbanovanın komandası meydan sahibi Moldova ilə qarşılaşacaq.

Kişinyovda baş tutacaq görüş Bakı vaxtı ilə saat 15:00-da başlanacaq.

Xatırladaq ki, komanda qrupda daha əvvəl Uelsə 0:7, Kosovoya 0:6 hesabı ilə uduzub.