Azərbaycan yığması səfərdə Qazaxıstan millisini məğlub etdi
Qazaxıstanda təlim-məşq toplanışında olan qadın futbolçulardan ibarət Azərbaycan millisi ilk yoxlama oyununa çıxıb.
"Mediasport" xəbər verir ki, komandamız Çimkənd şəhər stadionunda yerli yığma ilə qarşılaşıb.
Görüş futbolçularımızın qələbəsi ilə yekunlaşıb - 2:1.
Millinin heyətində qolları Esra Manya (27) və Sevinc Cəfərzadə (82) vurublar.
Komandalar arasında ikinci hazırlıq matçı oktyabrın 27-də baş tutacaq.
