Millimiz Macarıstana məğlub oldu

Millimiz Macarıstana məğlub oldu

Qadın futbolçulardan ibarət Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində növbəti oyununa çıxıb.

"Mediasport" xəbər verir ki, yığmamız Sumqayıtda Macarıstana uduzub (1:2).

Komandamız iyunun 9-da Bitola şəhərində "Petar Miloşevski" stadionunda Şimali Makedoniya ilə üz-üzə gələcək.

Xatırladaq ki, seçməmiz 5 turdan sonra 9 xalla ikinci, macarlar isə 13 xalla birincidir.

Futbolçularımız Şimali Makedoniya (2:0) və Andorradan (2:0, 3:1) üstün olub, Budapeştdə Macarıstana uduzub (0:1).

DÇ-2027. Seçmə mərhələ. C Liqası, 3-cü qrup. 5-ci tur

Azərbaycan - Macarıstan 1:2

Baş hakim: Vanya Yankoviç

Baş hakimin köməkçiləri: Staşa Şpur, Helena Buh

Dördüncü hakim: Aleksandra Çesen

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu.