Azərbaycan Super Liqasında 2026/27 mövsümünün püşkü atıldı
Qadın futbolu üzrə Azərbaycan Yüksək Liqasında 2026/2027-ci illər mövsümünün püşkü atılıb.
"Mediasport" xəbər verir ki, əvvəlcə liqa haqqında videoçarx nümayiş etdirilib, çempionatın yeni adı və loqosu ictimaiyyətə təqdim olunub.
Birincilik yeni mövsümdən Super Liqa adlandırılacaq.
Tədbirdə AFFA-nın baş katibi Cahangir Fərəcullayev, Qadın Futbolu Departamentinin rəhbəri Zümrüd Ağayeva, departamentin texniki direktoru Əmrah Aykurt çıxış ediblər.
Bildirilib ki, liqada 12 komanda mübarizə aparacaq. Yarış iki mərhələdən ibarət olacaq.
Birinci mərhələnin yekunlarına əsasən, komandalar iki qrupa bölünəcəklər: A qrupunda 1-6-cı, B qrupunda isə 7-12-ci yerləri tutan kollektivlər mübarizəni davam etdirəcəklər.
Çempionatda mövsüm oktyabrın 18-də start götürəcək.
Qadınlar Super Liqası. 1-ci tur
“Dirçəliş” – “Sumqayıt”
“İmişli” – “Neftçi”
“Ümid” (Gəncə) – “Baku Juniors”
“Araz-Naxçıvan” – “Goranboy”
“Liman” – “Sabah”
“Şəfa” – “Qəbələ”

