"Turan Tovuz" hazırlığa başladı
"Turan Tovuz" yay təlim-məşq toplanışının ilk mərhələsinə start verib.
"Mediasport" xəbər verir, Ankaranın Qızılcahamam bölgəsində məskunlaşan komandanın Türkiyə toplanışı 14 iyula qədər davam edəcək.
Hazırlıq prosesinin növbəti mərhələləri və yoxlama oyunları haqqında əlavə məlumat veriləcəyi bildirilib.
Xatırladaq ki, UEFA İntizam Komitəsi AFFA-nın 2019-cu ildə danışılmış oyunlarla bağlı qərarına əsaslanaraq, "Turan Tovuz"u 2026/2027-ci illər mövsümündə avrokuboklardan kənarlaşdırıb.
Klub qərardan İdman Arbitraj Məhkəməsinə şikayət edib.


