"Qarabağ" 38 pillə irəlilədi, "Zirə" və "Sabah" gerilədi - DÜNYA REYTİNQİ

"Qarabağ" 38 pillə irəlilədi, "Zirə" və "Sabah" gerilədi - DÜNYA REYTİNQİ

"Qarabağ" Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (İFFHS) açıqladığı dünya klublarının reytinq cədvəlində 96-cı pilləyə yüksəlib.

"Mediasport" xəbər verir ki, Azərbaycan klubları arasında ən yaxşı göstəriciyə sahib "köhlən atlar" 154,75 xala sahibdir.

"Qarabağ" ötən ay açıqlanan siyahı ilə müqayisədə 17,50 xal artımına nail olub və 38 pillə irəliləyib.

"Sabah" (79,25) 264-cü pillədən 302-yə geriləyib. "Araz-Naxçıvan" (70,25) 363-cü mövqedən 355-ə qalxıb. "Zirə" (68) 274-dən 380-ə düşüb.

Xatırladaq ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv ötən cədvəldə 137,25 xalla 134-cü pillədə qərarlaşmışdı.