Azərbaycan milli komandası Belarus yığması ilə qarşılaşacaq

 Azərbaycan milli komandası Belarus yığması ilə qarşılaşacaq

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Belarusda təlim-məşq toplanışına yollanacaq.

"Mediasport" xəbər verir ki, Siyasət Əsgərovun baş məşqçisi olduğu kollektiv Minskdə iki yoldaşlıq görüşündə qüvvəsini sınayacaq.

Səfərə iyunun 25-də yollanacaq komandamız iyunun 28-də və iyulun 1-də Belarus seçməsi ilə qarşılaşacaq.

Oyunların təşkil olunacağı stadion və başlama saatı barədə daha sonra məlumat veriləcək.