Olimpiya çempionları Qarabağda

Azərbaycanın cüdo üzrə Olimpiya çempionları Elnur Məmmədli, Hidayət Heydərov və Zelim Kotsoev Qarabağa səfər ediblər.
"Mediasport" xəbər verir ki, qonaqlar ilk olaraq Xankəndi şəhərinə yollanıblar.
Əvvəlcə Qarabağ Universitetini ziyarət edən məşhurlar Xankəndi şəhər sakinləri ilə görüşüb, şəhərlə tanış olublar.
Olimpiya mükafatçılarımızın proqram çərçivəsində Şuşa, Laçın, Füzuli və Ağdama da səfərləri nəzərdə tutulub.