Qara Qarayevin kitabının təqdimat mərasimi keçirildi - FOTOLAR
Avropa Azərbaycan Məktəbində futbol üzrə Azərbaycan futbol millisinin sabiq üzvü, uzun illər “Qarabağ” klubunun formasını geyinmiş Qara Qarayevin kitabının təqdimat mərasimi və imza günü keçirilib.
"Mediasport" xəbər verir ki, tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev, kitabın müəllifi, yazıçı Murad Aksoy, kitabın qəhrəmanı, tanınmış futbolçu Qara Qarayev və digər şəxslər iştirak ediblər.
“Qara Qarayev” adlanan kitab veteran futbolçunun həyat və karyerasından bəhs edir.



