Samuel Etoo Azərbaycana gəldi

Samuel Etoo Azərbaycana gəldi

Dünya futbolunun məşhur veteranlarından, hazırda Kamerun Futbol Federasiyasının prezidenti olan Samuel Etoo Bakıya gəlib.

Bu barədə "Mediasport"a AFFA-dan məlumat verilib.

Bildirilib ki, sabiq hücumçunun səfəri Bakıda keçirilən U-15 Dünya Kuboku və Festivalı ilə əlaqəlidir.

Qeyd edək ki, futbolçu karyerasını 2019-cu ildə başa vurmuş Etoo 2021-ci ildən Kamerun Futbol Federasiyasının (FECAFOOT) prezidenti vəzifəsini icra edir.

O, 2025-ci ilin noyabrında keçirilən seçkilərdə növbəti 4 illik müddət üçün seçilərək vəzifəsini davam etdirir.