Qadın millimizin üç üzvü "Böyük Dəbilqə" turnirində iştirak edəcək

9-11 may aralığında Qazaxıstanın paytaxtı Astanada qadınlar arasında cüdo üzrə "Böyük Dəbilqə” turniri keçiriləcək.
"Mediasport" xəbər verir ki, yarışda Azərbaycan millisi də mübarizə aparacaq.
Komandamızın heyətində Könül Əliyeva (48 kq), Gültac Məmmədəliyeva (52 kq) və Fidan Əlizadə (57 kq) gücünü sınayacaq.
"Böyük Dəbilqə"də 47 ölkənin cüdoçuları iştirak edəcəklər.