Azərbaycan cüdoçuları Asiya Kubokundan 2 medalla qayıtdı
Tacikistanın paytaxtı Düşənbədə yeniyetmələr arasında cüdo üzrə Asiya Kuboku keçirilib.
"Mediasport" xəbər verir ki, Azərbaycanın 3 təmsilçisindən ikisi medal (1 gümüş, 1 bürünc) qazanıb.
60 kq çəki dərəcəsində mübarizə aparan Məhəmmədəli Hüsiyev yalnız finalda uduzaraq ikinci olub.
50 kq çəkidə yarışan Devid Mahmudov isə üçüncü yeri tutub.
Azərbaycan turnirdə yeniyetmə oğlanlardan ibarət yığma komandamızın baş məşqçisi Emin İskəndərovun rəhbərliyi altında 3 cüdoçu ilə təmsil olunub.
