Əhməd Yusifov ilk dəfə "Böyük Dəbilqə" turnirinin qalibi oldu
Bu gün Özbəkistanın paytaxtı Daşkənddə cüdo üzrə "Böyük Dəbilqə” turniri start götürüb.
"Mediasport" xəbər verir ki, ilk gündə yeddi idmançımız mübarizəyə qoşulub.
Onlardan Əhməd Yusifov (60 kq) karyerasında ilk dəfə turnirin qalibi olub. O, finalda digər təmsilçimiz Balabəy Ağayevə qalib gəlib.
Nizami İmranov, Turan Bayramov (hər ikisi 66 kq), Könül Əliyeva, Şəfəq Həmidova (hər ikisi 48 kq) və Leyla Əliyeva (52 kq) isə ümidləri doğrultmayıblar.
Yarış martın 1-də başa çatacaq.
