Hidayət Heydərov Bakıda dünya çempionatına qələbə ilə başladı
Azərbaycanın Olimpiya çempionu Hidayət Heydərov Bakıda keçirilən cüdo üzrə dünya çempionatına qələbə ilə başlayıb.
"Mediasport" xəbər verir ki, 73 kq çəkidə yarışan idmançımız 1/32 finalda Kosovo təmsilçisi Akil Qyakova ipponla qalib gəlib.
Dünya çempionu 1/16 finalda finlandiyalı Valtteri Olinlə qarşılaşacaq.
Xatırladaq ki, bu gün Xədicə Qədəşova (57 kq) və Rəşid Məmmədəliyev (73 kq) də mübarizəyə qoşulacaq.

