"Qarabağ" Avropa Liqasında "Fənərbağça" ilə qarşılaşa bilər
Azərbaycanı UEFA Avropa Liqasında təmsil edən "Qarabağ"ın 3-cü mərhələdəki potensial rəqibləri müəyyənləşib.
"Mediasport" xəbər verir ki, ikinci təsnifat mərhələsində Bolqarıstanın ÇSKA (Sofiya) klubu ilə qarşılaşacaq ağdamlılar turu keçsələr, püşkatma zamanı səpələnmişlər arasında yer alacaqlar.
Qurban Qurbanovun mümkün rəqibləri sırasında Türkiyənin "Fənərbaxça" kollektivi də var.
Təmsilçimiz 3-cü raunda yüksəlsə, “Yagelloniya”, "Şerif" (Moldova) - "Makkabi" (Tel-Əviv, İsrail), "Hammarbü" (İsveç) - "Anderlext" (Belçika), "Hayduk” (Split, Xorvatiya) - "Pafos" (Kipr) və "Tromsö" (Norveç) - "Hradeç" (Çexiya) cütlərinin qalibi, o cümlədən UEFA Çempionlar Liqasının ikinci təsnifatında "Fənərbaxça" (Türkiyə) - "Qurnik" (Polşa) və "Şturm" (Avstriya) - "Harts" (Şotlandiya) duellərinin məğlublarından bir ilə düşə bilər.


