Nigeriya millisinin 19 yaşlı üzvü Azərbaycan Premyer Liqasında

Yenidən Azərbaycan Premyer Liqasında çıxış edəcək "Qəbələ" heyətini komplektləşdirməkdə davam edir.
"Mediasport" xəbər verir ki, baş məşqçi Kaxaber Çxadadze komandanı Salihu Nasiru ilə gücləndirib.
19 yaşlı nigeriyalı yarımmüdafiəçi ilə 1 illik müqavilə imzalanıb.
Nasiru Nigeriyanın U-20 milli komandasının üzvüdür.