Bölgə komandası kot-d'ivuarlı hücumçu ilə müqavilə bağladı
Azərbaycan 1-ci liqasında yarışan "Şimal" klubu heyətini yeni legionerlə gücləndirib.
"Mediasport" xəbər verir ki, Xaçmaz komandası kot-d'ivuarlı hücumçu Qla Anj Donaldı transfer edib.
21 yaşlı forvardla anlaşma cari mövsümün sonunadək nəzərdə tutulub.
Donald karyerası ərzində Moldovanın "Saksan" və Azərbaycanda "Mingəçevir" klublarında forma geyinib.
Xatırladaq ki, şimallılar çempionatda 8 xalla sonuncu pillədə qərarlaşıblar.
