Azərbaycan klubu şübhəli qol buraxan qapıçı ilə yollarını ayırdı

Azərbaycan klubu şübhəli qol buraxan qapıçı ilə yollarını ayırdı

Futbol üzrə Azərbaycan 1-ci liqasında yarışan "Mingəçevir"də gözlənilməz ayrılıq olub.

"Mediasport" xəbər verir ki, bölgə klubu təcrübəli qapıçı Orxan Sadıqlı ilə vidalaşıb.

33 yaşlı qolkiper "nur şəhəri"nin təmsilçisində mövsümün əvvəlindən forma geyinirdi.

Xatırladaq ki, bu mövsüm Premyer Liqaya çıxmaq uğrunda yarışan "Mingəçevir"in son tur doğma meydanda əsas rəqiblərindən "Səbail"ə uduzduğu görüşdə buraxdığı məğlubiyyət qolunda Sadıqlının ciddi səhvi olub.

O, daha əvvəl "Xəzər Lənkəran", "Keşlə", "Sumqayıt", "Zirə" və "Kəpəz"də çıxş edib.