"Qəbələ" çempionluğunu doğma meydanda rəsmiləşdirə bilər

"Qəbələ" çempionluğunu doğma meydanda rəsmiləşdirə bilər

Azərbaycan 1-ci Liqasında 23-cü turun oyun proqramı və hakim təyinatları açıqlanıb.

"Mediasport" xəbər verir ki, turun görüşləri iki gün ərzində keçiriləcək.

Evdə MOİK-i qəbul edəcək lider "Qəbələ" qələbə qazansa, çempionluğunu vaxtından əvvəl rəsmiləşdirəcək.

Qeyd edək ki, Kaxaber Çxadadzenin baş məşqçisi olduğu komanda qarşıdakı turların nəticələrindən asılı olmayaraq, Premyer Liqa vəsiqəsini təmin edib.


Azərbaycan 1-ci Liqası. 23-cü tur


24 aprel (cümə axşamı)

“Qaradağ Lökbatan” – “Difai”

Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Rasim Axundov, Nazim Abdullayev

Hakim-inspektor: Ömər Paşayev

AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov

Lökbatan OİK stadionu, 17:00


“Mingəçevir” – “Baku Sporting”

Hakimlər: Emin Əliyev, Kərim Zeynalov, Rəhman Aslanov, Samir Musayev

Hakim-inspektor: Gülağa Cabarov

AFFA nümayəndəsi: Eldəniz Musayev

Y.Məmmədzadə adına Mingəçevir şəhər stadionu, 17:00


25 aprel (cümə)

“Karvan” – “Cəbrayıl” 

Hakimlər: Rövşən Rəcəbov, Aydın Bəxşiyev, Elmin Süleymanov, Sənan Bayramzadə

Hakim-inspektor: İmanxan Sultani

AFFA nümayəndəsi: Namiq Əliyev

Yevlax şəhər stadionu, 17:00 


“Zaqatala” – “İmişli”

Hakimlər: Əkbər Əhmədov, Elman Kərimov, Anar Bədəlov, Mahmud Bağırzadə

Hakim-inspektor: Rövşən Əhmədov

AFFA nümayəndəsi: Rüfət Əmirov

Zaqatala OİK stadionu, 17:00


“Qəbələ” – MOİK 

Hakimlər: Vüqar Həsənli, Qəzənfər Məmmədov, Taleh Məmmədov, Şamil İmanzadə

Hakim-inspektor: Orxan Məmmədov

AFFA nümayəndəsi: Mahal Məmmədov

Qəbələ şəhər stadionu, 18:00