"Qarabağ"ın Premyer Liqada ilk tur oyununun biletləri satışa çıxarıldı
"Qarabağ" Azərbaycan Premyer Liqasında mövsümün ilk turunun oyun biletlərini satışa çıxarıb.
"Mediasport" xəbər verir ki, "Şamaxı" görüşün bilet qiyməti 5 manatdan başlanır.
iTicket.az-da onlayn satılan biletlərin qiyməti sektorlara uyğun olaraq 20 manatadək dəyişir.
Oyun günü isə azarkeşlər biletlərini stadionun kassalarından və ya iTicket.az-dan əldə edə bilərlər.
Qapılar azarkeşlər üçün matçın start fitindən 120 dəqiqə əvvəl açılacaq.
Xatırladaq ki, avqustun 17-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 19:30-da başlanacaq.


