Mateuş Koxalskini almaq istəyən klub 14 milyon manat ödəməlidir

Mateuş Koxalskini almaq istəyən klub 14 milyon manat ödəməlidir

Avropanın nəhəng klublarının maraq dairəsində olan "Qarabağ"ın qapıçısı Mateuş Koxalskinin transfer qiyməti müəyyənləşib.

"Mediasport" xəbər verir ki, 25 yaşlı qolkiperi heyətinə qatmaq istəyən komanda Ağdam klubuna 7 milyon avro (təxminən 14 milyon manat) ödəniş etməlidir.

"Atlılar" istedadlı qapıçını bundan ucuz buraxmaq niyyətində deyil.

Xatırladaq ki, xüsusən cari mövsüm Çempionlar Liqasının Liqa mərhələsində yaddaqalan çıxışları ilə diqqət çəkən Koxalski ilə "Borrusiya" (Dortmund), "Benfika" və "Napoli" maraqlanır.

2024-cü ilin avqustundan "Qarabağ"ın düşərgəsində olan polşalının komanda ilə müqaviləsi Azərbaycan çempionunun bir il uzatmaq imkanı olmaq şərtilə, 2027-ci ilin yayında başa çatacaq.