"Qarabağ"ın Avstriyadakı yoxlama oyunları canlı yayımlanacaq
"Qarabağ"ın Avstriyada təlim-məşq toplanışı davam edir.
"Mediasport" xəbər verir ki, Ağdam təmsilçisinin yoxlama oyunları "Sport TV" vasitəsilə canlı yayımlanacaq.
"Atlılar" toplantı çərçivəsində 3 yoxlama matçı keçirəcəklər.
Komanda sabah Avstriyanın "Tirol", iyulun 1-də Ukraynanın "Xarkov" və Macarıstanın "Ferensvaroş" klubları ilə üz-üzə gələcək.


